EN

Bakıda qaydaları heçə sayan piyadalar- GÖRÜNTÜLƏR

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Yol hərəkəti iştirakçılarının maariflənməsi üçün mütəmadi aparılan təbliğat işləri, bu istiqamətdə yol-nəqliyyat hadisələrinin real görüntülərinin diqqətə çatdırılması müsbət nəticə versə də, ancaq təəsüflər olsun ki, bəzi sürücü və piyadalar bundan nəticə çıxarmır.  Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub. Nəticədə 21 piyada dünyasını dəyişib, 24-ü isə xəsarət alıb. Qəzaların olmaması üçün sürücülər yollarda ilk növbədə diqqətli olmalı, sürət həddinə əməl etməlidirlər. Piyadalar keçidlərdən istifadə etməli, sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər.

Chosen
3
44
Ajans.az

10Sources