Bakıda qaydaları heçə sayan piyadalar- GÖRÜNTÜLƏR
Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Yol hərəkəti iştirakçılarının maariflənməsi üçün mütəmadi aparılan təbliğat işləri, bu istiqamətdə yol-nəqliyyat hadisələrinin real görüntülərinin diqqətə çatdırılması müsbət nəticə versə də, ancaq təəsüflər olsun ki, bəzi sürücü və piyadalar bundan nəticə çıxarmır. Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub. Nəticədə 21 piyada dünyasını dəyişib, 24-ü isə xəsarət alıb. Qəzaların olmaması üçün sürücülər yollarda ilk növbədə diqqətli olmalı, sürət həddinə əməl etməlidirlər. Piyadalar keçidlərdən istifadə etməli, sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər.