EN

DİM də növbəti TOEFL iBT imtahanı təşkil ediləcək

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 29-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanacaq.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

İmtahan haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
50
azertag.az

10Sources