AZ

Rəqəmsal SAT imtahanı təşkil olunacaq

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 2-də rəqəmsal SAT imtahanı təşkil olunacaq.

DİM-dən AZƏRTAC-a bildirilib ki, rəqəmsal SAT imtahanı Mərkəzin fəaliyyət göstərdiyi hər iki ünvanda eyni vaxtda keçiriləcək.

İmtahanda iştirak edəcək namizədlərdən xahiş olunur ki, qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusi diqqət yetirsinlər və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən ünvana yaxınlaşsınlar.

İmtahan mərkəzlərinin ünvanları:

Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)

Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)

İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq imtahan binasında aşağıda qeyd edilən sənəd və vasitələrlə birlikdə olmalıdırlar:

-Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

-Buraxılış vərəqəsi – Admission Ticket;

-“College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birlikdə).

Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda, iştirakçı imtahana buraxılmayacaq.

İştirakçılara imtahana əlavə olaraq kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama üçün vərəqlər imtahan mərkəzi tərəfindən təqdim olunacaq.

İmtahan iştirakçısı notbuk və ya planşetini imtahan mərkəzinə gətirmədikdə və “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçmədikdə, belə şəxslərin imtahana buraxılması mümkün olmayacaq.

Qeyd edək ki, mayın 2-də SAT imtahanında iştirak edəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl “Bluebook” tətbiqində şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (test set-up) prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra iştirakçılara buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.

Əlavə sual yarandığı halda [email protected] ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
50
azertag.az

10Mənbələr