EN

Bu meyvə və tərəvəzləri alarkən diqqətli olun

Yaz fəslinin gəlişi ilə bazarlarda və marketlərdə meyvə-tərəvəz bolluğu yaranır. Çiyələk, alça, xiyar, pomidor, göyərti və digər mövsüm məhsulları alıcıların diqqətini çəkir.Metbuat.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, erkən yetişdirilən və düzgün saxlanılmayan bəzi məhsullar sağlamlıq üçün risk yarada bilər.
Yaz aylarında bəzi meyvə və tərəvəzlərdə normadan artıq pestisid, nitrat və ya bakterial çirklənmə halları müşahidə oluna bilər. Bu isə qida zəhərlənməsi, allergiya və həzm problemlərinə səbəb ola bilər.Ən çox diqqət edilməli məhsullar:Çiyələk Yazda ən çox alınan meyvələrdən biridir. Səthi yumşaq olduğu üçün kimyəvi maddələri tez hopdura bilər. Həmçinin tez xarab olur.Xiyar və pomidor İstixanalarda yetişdirilən erkən məhsullarda nitrat səviyyəsi yüksək ola bilər. Xüsusilə həddindən artıq iri və parlaq görünən məhsullara diqqət etmək lazımdır.Göyərti (cəfəri, şüyüd, keşniş, kahı) Torpaqla təmasda yetişdiyi üçün bakterial çirklənmə riski yüksəkdir. Yaxşı yuyulmadan istifadə edilməməlidir.Alça və gilas Erkən satışa çıxarılan məhsulların tam yetişmədən dərilməsi və kimyəvi maddələrlə sürətləndirilməsi ehtimalı var.Kartof Cücərmiş və ya yaşıl rəng alan kartof zəhərli maddə – solanin yarada bilər. Belə kartofdan istifadə tövsiyə edilmir.Mütəxəssislər bildirirlər ki, mövsümündən çox tez satışa çıxarılan meyvə və tərəvəzləri alarkən ehtiyatlı olmaq lazımdır. Həddindən artıq iri, parlaq və ideal görünən məhsulların süni üsullarla yetişdirilməsi ehtimalı ola bilər.Alınan bütün meyvə və tərəvəzlər istifadə etməzdən əvvəl axar su altında yaxşıca yuyulmalıdır. Xüsusilə göyərtiləri sirkəli və ya duzlu suda bir müddət saxlamaq tövsiyə edilir.

Bundan başqa, kəsilmiş, əzilmiş və ya yumşalmış məhsulları almaq məsləhət görülmür. Küçə kənarında günəş altında satılan məhsullardan uzaq durmaq da sağlamlıq baxımından daha təhlükəsiz hesab olunur.

Chosen
28
metbuat.az

1Sources