EN

Ciyəraxşamında əmioğulları öldürüldü: Biri ANAMA əməkdaşı olub

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.

Azreform.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, tərəflər ötən gün kənddə keçiriləcək toy mərasiminin ciyəraxşamı məclisində mübahisə ediblər. Həmin mübahisə bu gün davam etdirilib və qanlı hadisə baş verib.

Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedov qətlə yetirilib. O, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.

Yaxınlarının verdiyi məlumata görə, 12 ildir evli olan Ş.Məmmədovun övladı olmurmuş. O, yaxın günlərdə ata olacaqmış.

Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Onun münaqişə zəminində iki əmioğlunu qətlə yetirdiyi bildirilir.

Chosen
24
9
azreform.info

10Sources