EN

Yeganə qadın pilot işdən ÇIXARILDI

Ajans.az Paddle Your Own Kanoo (PYOK) portalına istinadən xəbər verir ki, Daffi işlədiyi müddətdə uçuş təhlükəsizliyi ilə bağlı bir sıra pozuntular aşkar edib. Onun sözlərinə görə, bəzi hallarda qanadların buzlanma əleyhinə sistemlərindən istifadə olunmayıb, yanlış Boeing 737 diaqramlarından istifadə edilib və ekipaj üzvlərinin uçuş saatları səhv hesablanıb ki, bu da ödənişsiz əlavə iş saatlarına səbəb olub. Pilot həmçinin kişi kapitanlardan birinin təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşdığını bildirərək şikayət edib. Daffinin iddiasına görə, o etiraz etdikdən sonra həmin kapitan radio vasitəsilə onun əmək qabiliyyətini itirdiyi barədə yanlış məlumat ötürüb. Daffi aviaşirkəti seksizmdə də ittiham edib. Onun sözlərinə görə, kişi həmkarları onu “təkəbbürlü” kimi qiymətləndirib. Bir müddət sonra isə o, işdən çıxarılıb.

Məlumata görə, pilotdan reputasiyasını qorumaq üçün könüllü istefa verməsi istənilib. Lakin vəzifədən uzaqlaşdırıldıqdan sonra onun işdən çıxarılması Federal Aviasiya Administrasiyasının (FAA) bazasında rəsmi şəkildə qeyd edilib ki, bu da gələcəkdə iş tapmasına çətinlik yarada bilər.

Chosen
55
Ajans.az

1Sources