EN

"Azercell" milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir

Bakı. Trend:

Abunəçilərinə ən yüksək müştəri təcrübəsini təqdim etməyiprioritet kimi müəyyən edən “Azercell Telekom” MMC 2025-ci ilərzində şəbəkə infrastrukturunun genişləndirilməsi vəmodernləşdirilməsi, süni intellekt əsaslı idarəetmə mexanizmlərinintətbiqi, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və böhrandavamlılığının artırılması istiqamətində ardıcıl və sistemlitədbirlər həyata keçirib. Şirkətin təşəbbüsləri milli rəqəmsalekosistemin dayanıqlılığının möhkəmləndirilməsinə mühüm töhfəverib.

Hazırda 5 milyondan çox abunəçiyə xidmət göstərən "Azercell"inölkə üzrə coğrafi əhatə dairəsi 95,6%, əhali üzrə əhatə səviyyəsiisə 98,6% təşkil edir. Artan data trafiki və sürətlə dəyişənistifadəçi davranışları şəbəkənin optimallaşdırılmasını şirkətinəsas prioritetlərdən birinə çevirib. İl ərzində 220-dən çox mövcudbaza stansiyası modernləşdirilib, Bakı, Abşeron və Sumqayıt üzrə50, regionlarda isə 218 olmaqla ümumilikdə 268 yeni baza stansiyasıistifadəyə verilib. Nəticədə ölkə üzrə LTE (4G) bazastansiyalarının sayı 3860-ı ötüb.

Eyni zamanda, şirkət beynəlxalq GSM Assosiasiyası (GSMA) və süniintellekt, bulud texnologiyaları, eləcə də analitika sahəsindəqlobal liderlərdən biri kimi tanınan IBM ilə strateji əməkdaşlığınıgenişləndirərək şəbəkə optimallaşdırılması proseslərində generativsüni intellekt əsaslı həllərin tətbiqinə başlayıb. Bu çərçivədəhəyata keçirilən təşəbbüs əl əməyinə əsaslanan təhlil prosesləriniəhəmiyyətli dərəcədə azaldaraq şəbəkə performansının daha sürətlivə dəqiq qiymətləndirilməsinə imkan yaradıb. Qərar qəbuletməmexanizmlərinin çevikliyi artıb, optimallaşdırma prosesləri isədaha məlumat əsaslı şəkildə həyata keçirilib. Layihənin “GSMA AIUse Case Library”də yer alması Azercell-in qlobal innovasiyaekosistemində fəal iştirakını və süni intellekt əsaslıtransformasiya strategiyasının beynəlxalq səviyyədə tanındığınınümayiş etdirib.

Şirkət Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrəinformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasınırəhbər tutaraq bu istiqamətdə də strateji yanaşmasınıdərinləşdirib. Azercell daxili sistemlərdə süni intellekttexnologiyalarının tətbiqini genişləndirib, insidentlərinavtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərinoperativ qiymətləndirilməsi mexanizmlərini təkmilləşdirib. Realvaxt rejimində monitorinq imkanlarının gücləndirilməsi potensialkibertəhlükələrin qarşısının vaxtında alınmasına və ümumi aşkarlamasəviyyəsinin yüksəldilməsinə şərait yaradıb.

"Azercell"in “CyberCell” komandası “Critical InfrastructureDefence Challenge 2025” yarışında ikinci dəfə vitse-çempion adınıqazanaraq kritik infrastrukturun qorunması sahəsində yüksəkpeşəkarlıq nümayiş etdirib. Şirkət mütəxəssislərinin “Black Hat USA2025” və “DEFCON 33” kimi nüfuzlu beynəlxalq platformalardaiştirakı isə "Azercell"in qlobal kibertəhlükəsizlik gündəliyindəaktiv mövqeyini bir daha təsdiqləyib.

Eyni zamanda, Bakı Mühəndislik Universiteti və AzərbaycanKibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyatakeçirilən təşəbbüslər sektor üzrə bilik və bacarıqlarınartırılmasına, yerli ekspert potensialının gücləndirilməsinə xidmətedib.

Rabitə infrastrukturunun uzunmüddətli dayanıqlılığının təminedilməsi məqsədilə "Azercell"in təşəbbüsü ilə yaradılmış “Böhranİdarəetmə Qrupu” 2025-ci ildə fəaliyyətini genişləndirərəkinstitusional əməkdaşlıq modelini daha da möhkəmləndirib. Buçərçivədə ölkə ərazisində və Orta Dəhliz boyunca rabitəinfrastrukturunun etibarlılığını və fasiləsizliyini təmin edənvahid koordinasiya mexanizminin formalaşdırılması istiqamətindəişlər davam etdirilib. “Aztelekom” və “Azercosmos” nümayəndələrininiştirakı ilə biznes davamlılığı, böhran kommunikasiyası,infrastrukturun operativ bərpası və informasiya təhlükəsizliyi üzrəpraktiki təlimlər və ssenari əsaslı məşqlər həyata keçirilib. Bakışəhərində və Qarabağ bölgəsində real vaxt rejimində keçiriləndayanıqlılıq testləri komandalararası koordinasiyanıneffektivliyini nümayiş etdirib, milli peyk imkanlarından istifadəetməklə rabitə xidmətlərinin fasiləsizliyinin təmin olunması uğurlasınaqdan keçirilib.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” stratejiməqsədinə sadiq qalan "Azercell" innovativ texnoloji həllər vədayanıqlı inkişaf prinsiplərinə əsaslanan yanaşması iləAzərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyə davamedəcək.

Chosen
5
8
az.trend.az

10Sources