EN

Putin İranın xarici işlər naziri Əraqçi ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin İran xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, Vladimir Putinlə görüşdə İranın ABŞ və İsrail ilə münaqişəsinin inkişafı müzakirə olunacaq.Rusiya tərəfindən xarici işlər naziri Sergey Lavrov, Prezidentin köməkçisi Yuri Uşakov və Silahlı Qüvvələrin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak edirlər. Əraqçidən əlavə, İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi və İranın Moskvadakı səfiri Kazem Cəlali daxildir.

Görüşün əvvəlində Rusiya Prezidenti İranın Ali Lideri Müctəba Xameneidən mesaj aldığını açıqlayıb. Putin ona cansağlığı və ən xoş arzularını çatdırıb.

İlahə Qənbərli

Missiya.Az

Chosen
15
50
missiya.az

10Sources