EN

Rubio: İranın etdiyi boğaz açmaq deyil

Vaşinqton, 27 aprel, AZƏRTAC

Boğazı açmaqla İranın demək istədiyi odur ki, bəli, boğazlar İranla razılaşdırdığınız, icazəmizi aldığınız halda açıqdır, əks halda sizi partladacağıq və siz bizə pul ödəyəcəksiniz.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri “Fox News”a müsahibəsində ABŞ Dövlət katibi Marko Rubio deyib. O bildirib ki, bu, boğazları açmaq deyil.

“Bunlar beynəlxalq su yollarıdır. Onlar həm bunu normallaşdıra bilməzlər, həm də biz onların beynəlxalq su yolundan kimin istifadə edəcəyinə və istifadə üçün onlara nə qədər pul ödəməli olduğuna qərar verdiyi bir sistemi normallaşdırmağa çalışmalarına dözə bilmərik”, - deyə Rubio əlavə edib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Chosen
56
31
azertag.az

10Sources