Aprelin 27-si saat 18:00-a olan faktiki hava açıqlanıb.
Bu barədəMilli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir.