AZ

Küləkli və yağıntılı hava müşahidə edilir - Faktiki hava 

Aprelin 27-si saat 18:00-a olan faktiki hava açıqlanıb...

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir.

Quba, Qusar (Laza), Xaçmaz, Daşkəsən, Lerik və Astarada arabir şimşək çaxır, yağış yağır.

Poliqon.info

Seçilən
0
15
poliqon.info

10Mənbələr