Yazını böyüt
Yazını kiçilt
“Space” telekanalında yaşanan qeyri-müəyyən vəziyyətlə bağlı bəzi verilişlərin yayımı dayandırılıb.
Hafta.az xəbər verir ki, telekanalın ən uzunömürlü verilişlərindən olan “Banu” verilişinin də çəkilişləri dayandırılıb.
Verilişin aparıcısı Aysel Nazimqızı xəbəri təsdiqləyib:
“Hələ ki, çəkdiyimiz verilişlər yayımlanır. Amma müvəqqəti olaraq verilişin çəkilişlərini dayandırmışıq. Ümid edirik ki, hər şey düzələcək, yenidən çəkilişlərimizə davam edəcəyik. Amma bununla bağlı dəqiq tarix və məlumat bəlli deyil”./azxeber/