AZ

“Space TV”də daha bir veriliş bağlandı

Yazını böyüt
Yazını kiçilt

“Space” telekanalında yaşanan qeyri-müəyyən vəziyyətlə bağlı bəzi verilişlərin yayımı dayandırılıb.

Hafta.az xəbər verir ki,  telekanalın ən uzunömürlü verilişlərindən olan “Banu” verilişinin də çəkilişləri dayandırılıb.

Verilişin aparıcısı Aysel Nazimqızı xəbəri təsdiqləyib:

“Hələ ki, çəkdiyimiz verilişlər yayımlanır. Amma müvəqqəti olaraq verilişin çəkilişlərini dayandırmışıq. Ümid edirik ki, hər şey düzələcək, yenidən çəkilişlərimizə davam edəcəyik. Amma bununla bağlı dəqiq tarix və məlumat bəlli deyil”./azxeber/

Seçilən
0
2
hafta.az

3Mənbələr