Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Azad və Xüsusi İqtisadi Zonalar üzrəGömrük İdarəsi haqqında Əsasnamə təsdiqlənib.
Trend-in əldəetdiyi məlumata görə, Əsasnaməda Azad və Xüsusi İqtisadi Zonalarüzrə Gömrük İdarəsi Dövlət Gömrük Komitəsinin strukturuna daxilolan ixtisaslaşdırılmış gömrük idarəsi kimi göstərilib.
İdarə qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlətəmlakına, xəzinə və bank hesablarına, üzərində AzərbaycanRespublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə,müvafiq ştamplara və blanklara malikdir.
İdarə fəaliyyətini Komitə Aparatının struktur bölmələri,Komitənin strukturuna daxil olan gömrük orqanları və tabeliyindəolan digər qurumlar, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlıəlaqədə həyata keçirəcək.
İdarənin fəaliyyət istiqamətləri aşağıdakılarolacaq:
- gömrük işi sahəsində vahid dövlət siyasətininformalaşdırılmasında iştirak etmək və bu siyasətin həyatakeçirilməsini təmin etmək;
- azad və xüsusi iqtisadi zonalarda gömrük nəzarətini və gömrükrəsmiləşdirilməsini həyata keçirmək;
- gömrük işi sahəsində hüquq-mühafizə fəaliyyətini həyatakeçirmək;
- qanunvericiliyə uyğun olaraq gömrük ödənişlərinin alınmasınıtəmin etmək;
- qanunvericiliklə müəyyən edilmiş digər fəaliyyətistiqamətlərini həyata keçirmək.