EN

Abituriyentlər üçün gələn ildən tətbiq ediləcək yenilik nədir?VİDEO

Gələn ildən şagirdlər buraxılış imtahanında xarici dil fənnindən esse yazacaqlar.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Dövlət dili və Xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Dövlət İmtahan Mərkəzi 11 illik tam orta təhsil səviyyəsində xarici dillər üzrə imtahan modelində dəyişiklik edib. Gələn ildən tətbiq olunacaq yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq.

Şöbə müdiri bildirib ki, yeni imtahan modeli müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacaq. Buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi məqsədilə şagirdlərə 15 dəqiqə əlavə vaxt verilməsi də nəzərdə tutulur.

O, da qeyd edilib ki, gələn ildən magistraturaya qəbulda xarici dil üzrə danışma bacarığının qiymətləndirilməsi də nəzərdə tutulur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
20
37
xezerxeber.az

10Sources