Yaponiyanın şimal-şərqində yerləşən Otsuçi şəhərində böyük meşə yanğını artıq altı gündür davam edir.
Röyters Agentliyi xəbər verir ki, yanğın 1600 hektardan çox ərazini əhatə edib. Yanğını söndürmək üçün 1400-dən çox yanğınsöndürən və hərbi qüvvələr cəlb olunub. Buna baxmayaraq, yanğını nəzarət altına almaq hələ mümkün olmayıb.
Mütəxəssislər bildiriblər ki, iqlim dəyişikliyi səbəbindən belə yanğınlar daha tez-tez baş verir. Havanın isti, quru və küləkli olması alovun yayılmasını sürətləndirir.
Qeyd edək ki, 2011-ci ildə Otsuçi şəhəri yanğından ən çox zərər görən yerlərdən biri olmuşdu. Hadisə nəticəsində təxminən 1300 nəfər həyatını itirmişdi.
Təhminə VERDİYEVA,
“Azərbaycan”