Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ lideri Donald Trampa qarşı sui-qəsd cəhdinin onun sistemli şəkildə "demonizasiya" edilməsi (mənfiliyin mütləqləşdirilməsi) ilə bağlı olduğunu bildirib. Demokrat.az xəbər verir ki, mətbuat konfransının videoyazısı ABŞ Prezident Administrasiyasının “YouTube” kanalında yayımlanıb.“Hazırkı siyasi zorakılıq Trampın sistemli demonizasiyası, eləcə də onun tərəfdarlarının şərhçilər tərəfindən, bəli, Demokratlar Partiyasının seçilmiş üzvləri və hətta bəzi KİV tərəfindən sistemli demonizasiyası ilə izah olunur”, - deyə Levitt vurğulayıb.O əlavə edib ki, ABŞ Prezidentinin siyasi rəqiblərinin istifadə etdiyi ritorika bu cür hallara şərait yaradır.Atışma aprelin 25-də Vaşinqtonda, Ağ Ev yanında Müxbirlər Assosiasiyasının qəbulu zamanı, Trampın orada olduğu vaxt baş verib. Silahlı şəxs zala soxulmağa cəhd edib və atəş açaraq Məxfi Xidmətin əməkdaşını yaralayıb. Şübhəli şəxs hadisə yerində saxlanılıb, prezident xəsarət almayıb.Atəş açan şəxsin 31 yaşlı video oyun tərtibatçısı və repetitor Koul Allen olduğu məlum olub. O, 2024-cü ildə "Ayın müəllimi" mükafatını alıb və Kamala Harrisin prezidentlik kampaniyasına ianə göndərib. Bu arada, dünya liderləri atışma hadisəsindən sonra Ağ Ev rəhbəri ilə həmrəyliklərini ifadə ediblər.Leyla
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.