EN

Güclü külək avtomobili havaya qaldırıb YERƏ ÇIRPDI – VİDEO

Samara vilayətində güclü külək “Qazel” markalı yük maşınını yoldan kənara aşırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Samara vilayətində təbiət hadisəsi yol-nəqliyyat hadisəsinə səbəb olub. Gücü 27 metr/saniyəyə çatan külək qoşqusu olan “Qazel” markalı avtomobili magistral yoldan kənara atıb.

İlkin olaraq külək boş olan qoşqunu, daha sonra isə avtomobilin özünü aşırıb.

Qəza nəticəsində 40 yaşlı sürücü xəsarət almayıb. Lakin güclü küləyin avtomobildən ətrafa səpələdiyi əşyalar və sənədlər bütün sahəyə dağılıb.

Sürücü uçub-dağılan yükünü çöllükdən yığmağa məcbur qalıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
43
27
interpress.az

10Sources