EN

"İnter" "Real"a 20 milyon avroluq təklif göndərdi

Bakı. Trend:

"Real"ın qapıçısı Andrey Lunin karyerasını İtaliya A Seriyasındadavam etdirə bilər.

Trend xəbər verir ki, "İnter"ukraynalı qolkiperi transfer etmək istəyir. Bu barədə "Fichajes"nəşri məlumat yayıb.

A Seriyasının lideri Lunin üçün 20 milyon avroluq təklifgöndərib. İspaniya klubu bu təklifi qəbul etməyi düşünür.

Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında"Zarya"dan 8,5 milyon avroya transfer edib. Ukrayna millisinin üzvübu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmimatçda 21 qol buraxıb.

Chosen
33
2
az.trend.az

10Sources