AZ

Çalhanoğlu üçün mövsüm başa çatdı: "İNTER"Ə AĞIR ZƏRBƏ

Hakan Çalhanoğlunun durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu barədə "İnter"in mətbuat xidməti məlumat yayıb.

Futbolçu İtaliya A Seriyasının XXXIV turunun "Torino" ilə matçını buraxıb.

Buna səbəb onun sol ayağından zədə alması olub. Bildirilir ki, 32 yaşlı oyunçu İtaliya Kubokunun "Latsio" ilə final oyununu və mövsümün qalan hissəsini buraxa bilər.

Türkiyə millisinin üzvünün Dünya çempionatına qədər sağalacağı gözlənilir.

Qeyd edək ki, o, bu mövsüm 22 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. 

"Real"da ciddi itki: MBAPPE SIRADAN ÇIXDI

Daha bir futbolçu dünya çempionatını buraxacaq

İspaniya futbolunda qalmaqal: Qapıçı rəqibinə yumruq atdı - VİDEO

"Fənərbaxça"nın qolkiperi: "Üzr istəyirəm"

Günün oyunları bu kanallarda - TV AFİŞA

Seçilən
27
11
apasport.az

10Mənbələr