EN

Gömrük Komitəsi yeni idarənin fəaliyyət qaydalarını təsdiqlədi

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət GömrükKomitəsinin Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsihaqqında Əsasnamə təsdiqlənib.

Trend-in əldəetdiyi məlumata görə, Əsasnaməda Azad və Xüsusi İqtisadi Zonalarüzrə Gömrük İdarəsinin fəaliyyətinin təşkili dair məsələlər öztəsdiqini tapıb.

Belə ki, İdarənin strukturu, xərclər smetası və ştat cədvəliKomitə sədri tərəfindən təsdiq ediləcək.

İdarəyə Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azadedilən rəis rəhbərlik edəcək. Rəis İdarənin fəaliyyətinə rəhbərlikedəcək və ona həvalə edilmiş vəzifələrin icrasına görə məsuliyyətdaşıyacaq.

İdarə rəisinin müavini Komitə sədri tərəfindən vəzifəyə təyin vəvəzifədən azad ediləcək. İdarə rəisinin müavini onlara həvaləedilmiş vəzifələri yerinə yetirəcək və buna görə məsuliyyətdaşıyacaq.

İdarənin işi onun fəaliyyət istiqamətləri üzrə, habelə Komitəninvə İdarənin təsdiq edilmiş iş planları əsasında həyatakeçiriləcək.

İdarədə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdətutulmuş tədbirlərin icra vəziyyəti, habelə qarşıda duranvəzifələrin həyata keçirilməsi ilə bağlı məsələlər mütəmadi olaraqİdarə rəisinin yanında keçirilən iclaslarda müzakirə olunacaq.

İdarənin rəisi aşağıdakı səlahiyyətləri həyatakeçirəcək:

  • İdarənin fəaliyyətini təşkil edəcək, ona rəhbərliyi həyatakeçirəcək və İdarəni müəyyən edilmiş qaydada təmsil edəcək;
  • İdarənin fəaliyyətinin təşkili ilə bağlı əmr və sərəncamlarverəcək, verilmiş əmr və sərəncamların icrasını təşkil edəcək,onların icrasını yoxlayacaq və nəzarəti həyata keçirəcək;
  • İdarənin fəaliyyəti ilə bağlı məsələlərin KomitəninKollegiyasında müzakirəyə çıxarılması üçün təşəbbüs göstərəcək vəhəmin məsələlərin Kollegiyanın müzakirəsinə hazırlanmasını təminedəcək;
  • verilmiş səlahiyyətlər daxilində İdarənin struktur bölmələrininəsasnamələrini təsdiq edəcək;
  • İdarənin iş planını və müvafiq hesabatlarını təsdiq edəcək, işplanının vaxtında və keyfiyyətli icrasına nəzarət edəcək;
  • Komitənin Kollegiya qərarlarında, əmr və sərəncamlarda, habeləiş planlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinəyetirilməsini təmin edəcək;
  • İdarənin işçilərinin üzərinə düşən vəzifələrin icrasına, icravə əmək intizamına riayət olunmasına nəzarət edəcək;
  • İdarədə xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edənişçilərə xüsusi rütbələrin verilməsi məqsədilə Komitə sədrinətəqdimatlar verəcək;
  • işçilərin əmək və sosial təminat hüquqlarının həyatakeçirilməsini təmin edəcək;
  • işçilərin maddi təminatının və sosial-məişət şəraitininyaxşılaşdırılması üçün tədbirlər görəcək;
  • verilmiş səlahiyyətlər daxilində işçilərin vəzifə maaşlarınaqanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım vəmükafatların verilməsini təmin edəcək;
  • verilmiş səlahiyyətlər daxilində İdarənin adından mülkiqanunvericiliyə uyğun olaraq müqavilələr bağlayacaq;
  • etibarnamələr verəcək, banklarda hesablaşma və digər hesablaraçacaq, hesab və tədiyyə sənədlərini imzalayacaq;
  • xarici ticarət iştirakçıları ilə mütəmadi görüşlər keçirəcək,görüşlər zamanı qaldırılan məsələlərin təhlilini aparacaq vənəticələr üzrə Komitə rəhbərliyinə təkliflər təqdim edəcək;
  • İdarənin əsas vəsaitlərindən və maddi qiymətlilərindən səmərəliistifadə olunmasına nəzarət edəcək;
  • səlahiyyətləri daxilində İdarədə mülki müdafiə, yanğıntəhlükəsizliyi və nəqliyyat səfərbərliyi üzrə tədbirlərin həyatakeçirilməsinə nəzarət edəcək;
  • İdarənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin, məxfilikrejiminin və qanunla qorunan digər məlumatların mühafizəsinin təminedilməsi üçün zəruri tədbirlər görəcək;
  • İdarənin fəaliyyətini Komitənin Aparatı, Komitənin strukturunadaxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlarlaəlaqələndirəcək;
  • İdarənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətindətədbirlər görür və bu barədə Komitə rəhbərliyinə təkliflərverəcək;
  • İdarə tərəfindən vətəndaşların müraciətlərinə baxılmasını vəvətəndaşların qəbulunu təmin edəcək.

İdarənin vəzifəli şəxslərinin tutduqları vəzifələr üzrə xidmətivəzifələri Komitə sədrinin təsdiq etdiyi vəzifə təlimatlarıəsasında müəyyən ediləcək.

Chosen
12
6
az.trend.az

10Sources