EN

Kilosu 33 manat olan bu çərəz heç də sağlam qida deyilmiş

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hər kəs çərəzlərin sağlamlıq üçün faydalı olduğunu düşünsə də, bəzi növlər orqanizmə gözlənilməz zərbə vura bilər. Dietoloqların apardığı araşdırmalar nəticəsində ən zərərli çərəzin adı məlum olub.Demokrat.az xəbər verir ki, mütəxəssislər kaju fındığının (kaju qozu) sağlamlıq üçün ciddi risklər daşıdığını bildiriblər.Kaju fındığı tərkibindəki yüksək yağ miqdarı və kalori dəyəri ilə digər çərəzlərdən fərqlənir. Bu çərəzin emal prosesi zamanı istifadə olunan üsullar onun qida dəyərini itirməsinə və zərərli maddələrin yaranmasına səbəb olur. Xüsusilə çiy kaju fındığının qabığında olan "uruşiol" maddəsi zəhərli təsirə malikdir. Hətta emal olunmuş məhsullarda belə bu maddənin qalıqları həzm sistemində müxtəlif problemlərə yol aça bilir.Bundan əlavə, kaju fındığı digər çərəzlərlə müqayisədə daha çox doymuş yağ ehtiva edir. Bu da müntəzəm istifadə zamanı xolesterin səviyyəsinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına şərait yaradır. Tərkibindəki yüksək oksalat miqdarı isə böyrəklərində problem olan şəxslər üçün təhlükəli hesab edilir. Çünki oksalatlar böyrək daşlarının yaranmasını sürətləndirən əsas amillərdən biridir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
50
demokrat.az

10Sources