EN

Çiyələk və alça bu il baha ola bilər

Aprel ayı olmasına baxmayaraq, havaların soyuq və yağışlı keçməsi, bəzi rayonlarda sel və daşqınların baş verməsi məhsuldarlığa da təsirsiz ötüşməyib.

Publika.az xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında məlumat verilib.

Sahibkarların sözlərinə görə, ən böyük zərər alça bağlarına dəyib. Son günlər ardıcıl yağan intensiv yağışların kənd təsərrüfatı sektoruna həm müsbət, həm də mənfi təsirləri olub.

Müsbət tərəfi ondan ibarətdir ki, nəmli torpaq toxum səpini və yazlıq əkin üçün əlverişli şərait yaradır. Əkilən şitillər belə torpaqda daha yaxşı inkişaf edir.

Lakin mənfi təsirlər daha ciddi olub. Bir çox meyvə bağları tamamilə məhv olub, məhsuldarlıq isə kəskin azalıb.

Chosen
15
40
publika.az

10Sources