“Real”ın hücumçusu Qonsalo Qarsiya komandadan ayrıla bilər.
Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbəyə görə, “kral klubu” 22 yaşlı forvardı yayda 60 milyon avro təklif olunduğu halda satmağa hazırdır. Qarsiyanın karyerasını İtaliya və Almaniya çempionatlarında davam etdirmək variantları mövcuddur.
“Transfermarkt” futbolçunun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir. Onun “Real”la müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.