Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Real"ın hücumçusu Qonsalo Qarsiya Madrid nəhəngindən ayrıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Mənbənin məlumatına görə, "Kral klubu"nun rəhbərliyi 22 yaşlı hücumçu üçün 60 milyon avroluq təklif alsa, onu bu yay satmağa hazırdır. Baxmayaraq ki, Qonsalonun transfer qiyməti "Transfermarkt" tərəfindən 30 milyon avro olaraq qiymətləndirilir.
Qarsiyanın karyerasını İtaliya və Almaniya çempionatlarında davam etdirmək üçün seçimləri var.
Hücumçunun "Real" ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonunda bitir. Qarsiya bu mövsüm La Liqada 25 oyun keçirib və 4 qol vurub.
Mirağa
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.