EN

İstanbulda Türk Dünyası Uşaq Şənliyi başlayıb

Yazını böyüt
Yazını kiçilt

İstanbulda 26-cı Türk Dünyası Uşaq Şənliyini keçirilir. Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) tərəfindən təşkil edilən layihənin məqsədi türkdilli respublikalar və icmalarından olan uşaqları bir araya gətirərək onların Türkiyəni tanımasını təmin etmək, dostluq və qardaşlıq əlaqələrini gücləndirmək, həmçinin mədəni mübadiləni inkişaf etdirməkdir.

Hafta.az xəbər verir ki, Azərbaycanı şənlikdə Bakı Atatürk Liseyinin şagird-müəllim heyəti təmsil edib. Tədbirdə Türkiyə və Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər bölgələrdən ümumilikdə 16 qrupdan ibarət 250 şagird və 40 müəllim iştirak edir.

Şənlikdə iştirak edən uşaqlar İstanbulda yaşayan ailələrin evlərində qonaq qalaraq şəhərin tarixi və mədəni məkanlarını ziyarət edəcəklər.

Mayın 1-dək davam edəcək şənlik çərçivəsində İstanbulun Kadıköy bölgəsində Türk dünyası uşaqlarının təntənəli yürüşü və rəqs nümayişləri olub.

Tədbirin davamı olaraq böyük konsert proqramı çərçivəsində xalq oyunları çıxışları və 17-ci Türk Dünyası Uşaqları Səs Yarışması təşkil olunacaq.

Tədbir mükafatlandırma mərasimi ilə yekunlaşacaq.

Chosen
2
17
hafta.az

10Sources