EN

ABŞ zərbxanası Cənubi Amerika narkokartellərindən qızıl alır

ABŞ zərbxanası ölkə qanunlarını pozaraq Cənubi Amerika narkokartellərindən qızıl alır.

Hakimiyyet.az xəbər verir ki, bu, “Nyu-York Tayms” qəzetinin araşdırmasının nəticəsidir.

Qəzet xatırladıb ki, 1985-ci ildə ABŞ Konqresi ABŞ zərbxanasına insan hüquqlarını pozaraq çıxarılan metaldan hazırlanmamasını təmin etmək üçün xarici qızıldan külçələr istehsal etməyi qadağan edib. O zaman əsas hədəf aparteid rejiminin hökm sürdüyü Cənubi Afrika Respublikası idi.

Lakin, NYT-nin məlumatına görə, ABŞ zərbxanası həm demokratların, həm də respublikaçıların administrasiyaları dövründə bu qanuna məhəl qoymayıb. Qəzet aşkar edib ki, ABŞ zərbxanası Kolumbiyadakı kartellərə məxsus mədənlərdən, eləcə də, Meksika və Perudakı lombardlardan, Konqo Demokratik Respublikasında qismən Çinə məxsus mədənlərdən qızıl alır.

NYT-nin yazdığına görə, nəticədə, ABŞ-yə çatdıqdan sonra bütün bu qızıllar ABŞ zərbxanasında əridilir və beləliklə, "Amerika qızılına çevrilir".

Qəzet qeyd edir ki, metalın yüksək qiymətləri səbəbindən qanunsuz qızıl hasilatı hazırda çiçəklənir: bir unsiya qızılın qiyməti hazırda 5000 dollardır və bu, 10 il əvvəlkindən təxminən dörd dəfə çoxdur.(musavat.com)

Chosen
98
hakimiyyet.az

1Sources