EN

Tramp Krala "toxundu": Britaniyanın tarixi qaydasını pozdu

ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Böyük Britaniya Kralı III Çarlzı qarşılayarkən Kral protokolunu pozub.

Bakıvaxtı.az Britaniyanın "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, o, əvvəlcədən edilən xəbərdarlıqlara baxmayaraq, kralın çiyninə toxunub.

Qəzet xəbər verir ki, "Tramp hörmət əlaməti olaraq, kral protokolunun pozulmasına yol verib və kralın çiyninə toxunub. Britaniya tarixində yazılmamış bir qayda var ki, heç vaxt kral cütlüyü ilə fiziki təmasa gedilmir".

Qəzet yazıb ki, kral protokolu ilə bağlı diqqətlə hazırlıq aparılmasına baxmayaraq, Tramp Çarlza "yüngülcə toxunub"./Musavat.com

Chosen
17
16
bakivaxti.az

10Sources