DDLA-dan Ajans.az-a verilən məlumata görə, xəbərdarlığa əsasən, aprelin 27-i axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi aprelin 29-dək davam edəcək. "Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir", - məlumatda qeyd olunur. Məlumata görə, dalğanın hündürlüyünün 3.5-4.5 m. çatacağı proqnozlaşdırılır.