EN

ÇL: PSJ "Bavariya"nı qəbul edir

BAKI, 28 aprel. TELEQRAF

UEFA Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır.

Teleqraf xəbər verir ki, yarımfinal mərhələsinin ilk görüşündə PSJ evdə "Bavariya"nı qəbul edəcək.

Görüşə Bakı vaxtilə 23:00-da start veriləcək.

Turun digər görüşü "Arsenal" - "Atletiko Madrid" qarşılaşması isə sabah eyni saatda baş tutacaq.

Çempionlar Liqasının bu mərhələsinin cavab oyunları 5-6 may tarixlərində keçiriləcək və finalçılar müəyyənləşəcək.

Chosen
45
50
teleqraf.com

8Sources