Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Publika.az xəbər verir ki, ilk oyunlar çərçivəsində bu gün bir görüş baş tutacaq. Turnirin son qalibi PSJ doğma meydanda "Bayern" ilə üz-üzə gələcək. Fransa və Almaniya nəhəngləri saat 23:00-da "Park de Prins" arenasına çıxacaq.
Digər yarımfinal görüşü sabah baş tutacaq. "Atletiko" "Arsenal"ı qəbul edəcək.
Qeyd edək ki, finalçıların adlarını müəyyən edəcək cavab görüşləri 1 həftə sonra baş tutacaq.
UİEFA Çempionlar Liqası: 1/2 final, ilk oyunlar
28 aprel
23:00 PSJ - Bayern