EN

Məzahir Pənahovun yeni komandası nə qədər əmək haqqı alacaq?

Xəbər verdiyimiz kimi ötən gün Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini təsdiqləyib. Bundan sonra isə Komissiyanın yığıncağında sədr, müavinlər və katiblər seçilib. Və Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib. Halbuki o. 26 ildir ki, bu vəzifəni daşıyırdı. Ona görə də çoxları hesab edir ki, nəhayət Məzahir Pənahov təqaüdə gödəriləcək. Amma heç nə gözlənildiyi kimi olmadı.

Təbii ki, bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, ötən gün Mərkəzi Seçki Komissiyasının yeni tərkibi işinə başlayıb:

“18 nəfərdən ibarətdir. Sədrin maaşı 12000 manat, müavininin maaşı 11000 manat, iki katibinin maaşı 10000 manat, üzvlərinin maaşı isə 9000 manatdır. Yəni hər ay təkcə bunlara büdcədən 169000 manat pul ödənilir. İl ərzində isə 2 028 000 manat edir. Ezamiyyə xərcləri, mükafatlar-filanla bərabər daha çox edir yəqin ki! Bu qədər üzv nəyimizə lazımdır axı? Təklif edirəm ki, tərkibi üç dəfə azaldaq (6 nəfər olsun) və büdcə vəsaitinə də qənaət edək... İdeal variant isə elə təkcə sədrin olmasıdır. Hətta maaşını da iki dəfə artırmaq şərtilə...”

News365.az

Chosen
34
50
news365.az

10Sources