EN

Audi 2 məşhur modelin istehsalını DAYANDIRDI

Almaniyanın məşhur avtomobil istehsalçısı "Audi" model xəttində ciddi dəyişikliklərə gedib. Şirkət ən münasib qiymətli avtomobillərindən sayılan Audi A1 və Audi Q2 modellərinin istehsalını dayandırdığını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu addım brendin elektrikli nəqliyyat vasitələrinə keçid strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Məlumata görə, "Audi" yeni nəsil tam elektrikli A2 modelini təqdim etmək üçün istehsal gücünü yenidən formalaşdırır.

Qeyd edək ki, İspaniyada istehsal olunan "Audi A1" modeli 2010-cu ildən bu günə qədər təxminən 1,4 milyon ədəd satılıb. Digər tərəfdən, 2016-cı ildən istehsalda olan Audi Q2 isə 887 mindən çox satış göstəricisi ilə bazarda kifayət qədər uğur qazanıb.

Şirkətin bu qərarı, gələcəkdə daha çox elektrikli modellərə fokuslanacağını və ənənəvi daxiliyanma mühərrikli avtomobillərdən tədricən uzaqlaşacağını göstərir.

Hüseyn
Milli.Az

Chosen
5
13
milli.az

10Sources