EN

ABŞ bu şirkətləri hədələdi: İrana xidmət göstərməyi dayandırın

ABŞ Maliyyə Naziri Skott Bessent İran aviaşirkətlərinə xidmət göstərən xarici şirkətlərin ABŞ sanksiyaları ilə üzləşə biləcəyini bildirib.

Publika.az xəbər verir ki, Bessent “X” sosial media hesabında paylaşım edərək bildirib:

"Xarici hökumətlər öz yurisdiksiyalarındakı şirkətlərin bu təyyarələrə xidmət göstərməməsi üçün bütün zəruri tədbirləri görməlidirlər, o cümlədən reaktiv yanacaq, qida, eniş haqqı və ya texniki xidmətlə bağlı”.

O qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi "İran şirkətlərinə kömək edən və ya onlarla iş görən hər hansı üçüncü tərəfə qarşı tədbir görməkdən çəkinməyəcək".

Chosen
65
50
publika.az

10Sources