EN

Media: Tramp Kral III Çarlzla görüşdə protokolu pozub

ABŞ prezidenti Donald Trump Böyük Britaniya kralı III Çarlz ilə görüş zamanı protokol qaydalarını pozub. Bu barədə Daily Mail nəşri yazır. 

Məlumata görə, Tramp “sevgi nümayişi” kimi kralın çiyninə toxunaraq yazılmamış etik qaydanı pozub. Nəşr qeyd edir ki, kral ailəsinin üzvləri ilə görüş zamanı fiziki təmasa ilk olaraq qonaq tərəfin başlaması qəbul olunmur.

Bədən dili üzrə mütəxəssis Cudi Ceyms bildirib ki, bu jest siyasi məna daşıya bilər və “Trampın xüsusi münasibət nümayiş etdirməsinin ilk real jestlərindən biri” kimi qiymətləndirilə bilər.

Bundan əvvəl Reuters agentliyi III Çarlzın ABŞ-a səfərinə hazırlıq çərçivəsində Vaşinqtonda Ağ Ev yaxınlığında Britaniya bayraqları əvəzinə səhvən Avstraliya bayraqlarının asıldığını xəbər vermişdi.

Məlumata görə, kralın səfəri ABŞ-ın Britaniyadan müstəqilliyinin 250 illiyinə təsadüf edir və bu, onun tacqoyma mərasimindən sonra ən mühüm xarici səfərlərdən biri hesab olunur.

Aytac 

Chosen
3
36
anews.az

10Sources