AZ

20 ildən sonra Böyük Britaniya kralından ABŞ yə ilk səfər VİDEO

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Böyük Britaniya kralı III Çarlz və kraliça Kamilla, kraliça II Yelizavetanın 2007-ci ildəki səfərindən bəri Britaniya kralının ABŞ-a ilk rəsmi səfəri  reallaşıb.

Böyük Britaniya kralı III Çarlz və həyat yoldaşı kraliça Kamilla ABŞ-a rəsmi səfəri çərçivəsində Ağ Evə gəliblər. Onları orada ABŞ Prezidenti Donald Tramp və Birinci xanım Melaniya Tramp qarşılayıblar.

Ölkə.az xəbər verir ki, onları ABŞ Prezidenti Donald Tramp və Birinci xanım Melaniya Tramp qarşılayıblar.

Kral və kraliça onların şərəfinə   təşkil edilən edilən xüsusi çay  süfrəsində ediblər. Kral Çarlz və kraliça Kamilla həmçinin Ağ Evin Cənub Bağını gəzərək arı yuvasına baş çəkdilər. Daha sonra cütlük, Britaniya səfirliyində açıq havada keçirilən qəbulda iştirak etmək üçün Ağ Evi gücləndirilmiş təhlükəsizlik tədbirləri altında tərk ediblər. 

Kral III Çarlzın ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirməsi, ABŞ Konqresinin birgə iclasında çıxış etməsi və ABŞ-a dörd günlük səfəri zamanı Ağ Evdə rəsmi dövlət şam yeməyində iştirak etməsi gözlənilir. Daha sonra kral Çarlz və kraliça Kamilla 11 sentyabr abidəsini ziyarət etmək və daha sonra Virciniyadakı mədəni tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka getmələri planlaşdırılır.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
41
olke.az

10Mənbələr