EN

Merz Trampı təqedim etdi: İran ABŞ-ı alçaldıb

Almaniya kansleri Fridrix Merz Donald Trampın İrandakı müharibəsini tənqid edərək ABŞ-ın İran tərəfindən alçaldıldığını və münaqişəni tez bir zamanda dayandırmaq üçün heç bir çıxış strategiyasının olmadığını bildirib...

Poliqon xəbər verir ki, Financial Times nəşrinin yazdığına görə, Merz bu barədə bazar ertəsi Almaniyanın qərbində bir məktəbə səfəri zamanı çıxış edərkən danışıb.

Kansler deyib ki, Vaşinqton bu müharibəyə heç bir strategiya olmadan daxil olub. O, həmçinin hesab edir ki, Trampın komandası inandırıcı strategiyaya malik olmadığı üçün danışıqlarda uduzur:

"İranlılar, açıq-aydın, danışıqları çox ustalıqla aparırlar, daha doğrusu, danışıqları aparmamaqda ustadırlar - amerikalılara İslamabada gəlib sonra nəticəsiz geri qayıtmağa imkan verirlər. Bütün millət İran rəhbərliyi tərəfindən alçaldılıb".

O əlavə edib ki, qısa müddətdə döyüşlərin bitəcəyini görmür, çünki iranlılar, görünür, gözləniləndən daha güclüdür. Merz həmçinin qeyd edib ki, müharibə Almaniyaya çox baha başa gəlir və ölkənin iqtisadi gücünü zəiflədir:

"Belə münaqişələrin problemi həmişə ondadır ki, təkcə daxil olmaq deyil, eyni zamanda dərhal çıxmaq lazımdır. Biz bunu 20 il ərzində Əfqanıstanda çox ağrılı şəkildə gördük. Bunu İraqda da gördük".

Poliqon.info

Chosen
10
4
poliqon.info

10Sources