AZ

Merz: İranın ABŞ a yanaşması NATO dakı fikir ayrılıqlarını dərinləşdirə bilər

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Almaniya kansleri Fridrix Merzin İrana dair “ABŞ-ı alçaldır” ifadəsi transatlantik münasibətlərdəki bölünməni dərinləşdirə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib.

Bazar ertəsi Merz Marsberq şəhərində şagirdlərlə görüş zamanı bildirib ki, İran ABŞ-la danışıqlarda “çox bacarıqlıdır”, Vaşinqtonu İslamabada göndərməyə məcbur edir və oradan nəticəsiz qayıdır. Onun sözlərinə görə, İran rəhbərliyi beləliklə “bütöv bir xalqı alçaldır”.

Agentlik bu ifadəni “nadir dərəcədə səmimi” adlandıraraq, bunun “transatlantik münasibətlərdəki fikir ayrılığını dərinləşdirmə riski” daşıdığını qeyd edib. “Bu bəyanat bir sıra Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampla münasibətləri düzgün qiymətləndirmədiyini göstərir. ABŞ prezidentinin NATO-nun rolunu təkrar-təkrar şübhə altına alması, Avropadakı ekstremist sağçı qüvvələri dəstəkləməsi və Danimarkanın ərazisi olan Qrinlandiyanı işğal etmək təhdidlərinə baxmayaraq, əvvəlki rəğbət cəhdi indi daha real baxışla əvəzlənib”, – deyə agentlik yazır.

"Bloomberg" bildirir ki, Merz mart ayında Ağ Evi ziyarət edib və bu səfər iki lider arasındakı dostluq münasibətlərini vurğulasa da, kansler İrana qarşı ABŞ kampaniyasını yüksək enerji qiymətləri fonunda daha tənqidi şəkildə qiymətləndirməyə başlayıb ki, bu da Almaniya iqtisadiyyatına ciddi təsir göstərir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
42
icma.az

10Mənbələr