EN

​İnsan niyə narkotikə, içkiyə aludə olur?

İnsanların narkotikə və ya spirtli içkilərə aludə olması çox vaxt təkcə “pis seçim” deyil, daha dərin psixoloji və sosial səbəblərlə bağlıdır. Bəzi hallarda bu, gündəlik stressdən, daxili gərginlikdən və ya emosional boşluqdan qaçmaq cəhdi kimi ortaya çıxır. Xüsusilə çətin həyat şəraiti, travmalar və ya sosial mühitin təsiri bu riski artırır. İlk baxışda müvəqqəti rahatlıq verən bu vasitələr zamanla asılılığa çevrilərək insan həyatını ciddi şəkildə dəyişə bilir. Mövzu ilə bağlı psixoloq Vüsalə Rüstəm Metbuat.az-a açıqlamasında bildirib ki, asılılıq çox zaman insanın öz emosiyalarını idarə etməkdə çətinlik çəkməsi ilə əlaqədardır. Onun sözlərinə görə, bəzi insanlar narahatlıq, depressiya və ya daxili boşluq hissindən qurtulmaq üçün bu yola üz tutur. “Narkotik və ya alkoqol qısa müddətli rahatlıq hissi yaratsa da, bu, problemin həlli deyil, əksinə onun daha da dərinləşməsinə səbəb olur. Beyin bu “rahatlığı” yadda saxlayır və insan getdikcə eyni hissi yenidən yaşamaq istəyir”, - deyə o qeyd edib. Fotoda: psixoloq Vüsalə Rüstəm Vüsalə Rüstəmin sözlərinə görə, sosial faktorlar da burada mühüm rol oynayır. Dost çevrəsi, ailə mühiti və hətta cəmiyyətin müəyyən stereotipləri insanı bu vərdişlərə yönləndirə bilər:

“Asılılıqdan qorunmağın ən vacib yollarından biri sağlam emosional dəstək mühiti və açıq ünsiyyətdir. İnsan öz problemlərini bölüşə bildikdə və dəstək gördükdə, zərərli çıxış yollarına üz tutma ehtimalı əhəmiyyətli dərəcədə azalır. Bunun üçün də uşaqlara kiçik yaşlarından öz hisslərini tanımağı öyrətmək lazımdır. Uşaq artıq yeniyetmə yaşına çatanda qəzəbi söndürməyi, həyəcanı sakitləşdirməyi, hətta depressiyayaya düşsə belə bunun da öhdəsindən gəlməyi bacarmalıdır. Əks halda yuxarıda sadaladığımız kimi emosional boşluğa düşən insan, həyəcanını sakitləşdirmək, daxilindəki boşluğu doldurmaq üçün narkotik və spirtli içkilərə maraq göstərəcək. Belə insanın sosial çevrəsi emosional cəhətdən sabit olmayan davamlı narahat və mənfi meyllərə maraq göstərən insanlarla əhatəli olur və bu adamlar onu asanlıqla zərərli vərdişlərə aludə edirlər”.

Chosen
14
50
metbuat.az

10Sources