EN

Gübrə almağa gərək qalmadı Hamının zibil kimi atdığı vasitə bitkilərə dərmandır

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İçdiyimiz çayın qalıqlarını atmayıb dibçəklərə və ya bağçaya tökməklə həm pulunuza qənaət edə, həm də bitkilərin daha sürətli və sağlam böyüməsini təmin etmək mümkündür.Demokrat.az xəbər verir ki, çay dəmi azotla olduqca zəngin vasitədir. Torpağa qatıldıqda tədricən təsir göstərən gübrə rolunu oynayır və bitki köklərini uzun müddət qidalandırır. Xüsusilə asidik mühitdə yetişən qızılgül və azaliya kimi bitkilər üçün bu üsul turşuluq balansını tənzimləyən ən yaxşı vasitə sayılır. Bu tullantılar həm də torpağın nəm saxlama qabiliyyətini artıraraq bitkilərin quraqlığa dözümlü olmasına şərait yaradır. Beləliklə, suvarma ehtiyacı azalır və torpağın havalandırılması yaxşılaşır.Maksimum səmərə əldə etmək üçün çayın mütləq şəkərsiz olması vacibdir, əks halda dibçəklərdə həşəratlanma və kif yarana bilər. Dəmi bir qədər qurudaraq torpağa qarışdırmaq daha yaxşı nəticə verir.Həftədə bir neçə qaşıq qurudulmuş dəmin əlavə edilməsi bitkilər üçün ən ucuz və təbii inkişaf dəstəyi hesab olunur.Ayən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
33
demokrat.az

10Sources