EN

İndoneziyada iki qatar toqquşub: Çox sayda ölü və yaralı var

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

İndoneziyanın Qərbi Yava bölgəsində baş verən qatar qəzasında 14 nəfər həyatını itirib, 38 nəfər yaralanıb.

Xalqcebhesi.az -ın məlumatına görə, İndoneziya mətbuatı xəbər verir ki, ölkənin Qərbi Yava bölgəsindəki Bekasi şəhərində "Argo Bromo Anggrek" uzaq məsafəli sərnişin qatarı, Bekasi Timur stansiyasında gözləyən şəhərətrafı qatara çırpılıb. Qəza nəticəsində 14 nəfərin öldüyü, 38 nəfərin isə yaralandığı bildirilir.

Dövlət dəmir yolları müəssisəsinin rəsmisi Ann Purba, "Argo Bromo Anggrek" qatarındakı sərnişinlərin təhlükəsiz şəkildə təxliyə edildiyini açıqlayıb.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
37
icma.az

10Sources