İsmayıllı rayonunun Çəndahar kəndində yol infrastrukturu bərbad vəziyyətə düşüb.
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə kənd sakinlərindən biri məlumat verib. O bildirib ki, Çəndahar kəndində yol məsələsi ciddi problemdir:
"Artıq bir həftədir ki, kənddə ümumiyyətlə, yol yoxdur. Uşaqlar məktəbə çox çətinliklə və təhlükəli yollarla gedib-gəlmək məcburiyyətində qalırlar. Problemin həll edilməsi üçün aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, heç bir müsbət dəyişiklik baş verməyib.
Yol idarəsi bir traktor və nümayəndə göndərir, amma deyirlər ki, bu məsələ onlara aid deyil".