EN

Avropa İttifaqı “oğurlanmış” Ukrayna taxılına görə İsraildən İZAHAT TƏLƏB EDİR

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı “oğurlanmış” Ukrayna taxılının İsrailin Hayfa limanında boşaldılması ilə bağlı məlumatlardan sonra İsrailə qarşı sanksiyalar tətbiqini nəzərdən keçirə bilər.Bizim.Media xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti Avropa Komissiyasının nümayəndəsi Anuar əl-Anuniyə istinadən məlumat yayıb.Onun sözlərinə görə, Aİ Ukraynanın İsrail hakimiyyəti ilə əvvəlcədən təmaslarına baxmayaraq, “Rusiya kölgə donanmasına” aid gəminin oğurlanmış Ukrayna taxılını Hayfa limanında boşaltmasına icazə verilməsi barədə məlumatları diqqətə alıb.Əl-Anuni bildirib ki, Avropa İttifaqı sanksiyalardan yayınmağa və Rusiyanın “qanunsuz müharibəsinin maliyyələşdirilməsinə” şərait yaradan hərəkətlərin qarşısını almağa hazırdır.O qeyd edib ki, zərurət yaranarsa, Aİ üçüncü ölkələrdəki fiziki və hüquqi şəxslərə qarşı da məhdudiyyətlər tətbiq edə bilər.Avropa Komissiyasının nümayəndəsi əlavə edib ki, Aİ Ukrayna ilə birlikdə İsrail hakimiyyətindən məsələ ilə bağlı əlavə məlumat istəyib.

 

“Haaretz” mənbələrinə istinadən yazır ki, bu il İsraildə artıq dörd partiya “oğurlanmış” Ukrayna taxılı boşaldılıb. Nəşrin məlumatına görə, həmin daşımaların marşrutları “MarineTraffic”, “Planet Labs” peyk görüntüləri və Aİ-nin “Copernicus” proqramı vasitəsilə izlənilib.

Qeyd edək ki, Ukrayna daha əvvəl İsrailə xəbərdarlıq edib və Hayfa limanına gələn “Panormitis” gəmisinin boşaldılmasına icazə verilməməsini tələb edib.Ukrayna xarici işlər naziri Andrey Sibiqa bu məsələ ilə bağlı İsrail səfirinin XİN-ə çağırıldığını bildirib.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
10
bizim.media

10Sources