AZ

Zelenskidən İsrailə xəbərdarlıq: Bu,qanuni ticarət deyil

Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazilərindən taxıl almasına reaksiya verib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti sosial media hesabında İsraildə baş verən taxıl böhranı fonunda açıqlama verib.

"Normal şəraitdə oğurlanmış malların alınması hüquqi məsuliyyət daşıyan bir hərəkətdir. Bu, xüsusilə Rusiya tərəfindən oğurlanan taxıl üçün doğrudur. Eyni taxılı daşıyan başqa bir gəmi İsrail limanına çatıb və boşaldılmağa hazırlaşır. Bu, qanuni ticarət deyil və ola da bilməz. İsrail hakimiyyəti ölkənin limanlarına hansı gəmilərin gəldiyini və hansı növ yük daşıdıqlarını bilməməlidir",-o bildirib.

Zelenski iddia edib ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərindən sistematik şəkildə taxıl ələ keçirir və onun ixracını "işğalçılar"la əlaqəli şəxslər vasitəsilə təşkil edir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
17
9
missiya.az

10Mənbələr