EN

“Neftçi” “Qarabağ” oyununu 9500 tamaşaçı izləyib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” oyununu 9500 tamaşaçı izləyib.

AZƏRTAC xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir.

“Ağ-qaralar”ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/2011-ci illər mövsümündə qeyd alınıb. 2011-ci il fevralın 13-də “Xəzər Lənkəran”la Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmanı (0:0) 10 min seyrçi izləyib.

Qeyd edək ki, “Palms Sports Arena”dakı görüşdə qonaqlar qalib gəlib – 5:1.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
28
azertag.az

10Sources