EN

İran nefti dəniz blokadasında ilişib qalıb, ixrac iflic vəziyyətdədir - KİV

Peyk görüntüləri və dəniz təhlilləri ABŞ-nin həyata keçirdiyi dəniz blokadasının İran xam neftinin müştərilərə çatdırılmasına ciddi maneə yaratdığını göstərir.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Hesabatda ötən həftənin sonlarında İran nefti ilə yüklənmiş təxminən 6–8 supersupertanker Fars körfəzi xaricindəki blokada xəttinə yaxın Çabahar limanı yaxınlığında hərəkətsiz qaldığı bildirilib.

Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin ötən həftə ələ keçirdiyi iki iri xam neft tankerinin yönləndirildiyi ərazinin yaxınlığında daha kiçik tankerlərin də müşahidə edildiyi vurğulanıb.

Bildirilib ki, hesabat İranın hələ də gəmilərə neft yüklədiyini göstərsə də, Hörmüz boğazından keçən nəqliyyatın demək olar ki, sıfıra endiyini qeyd edir.

Məlumata görə, bu vəziyyət davam edərsə, İranın anbarlarının tezliklə dolacağı və nəticədə istehsalı dayandırmaq məcburiyyətində qala biləcəyi bildirilir.

Aminə ŞAHSUVARQIZI

Chosen
21
50
redaktor.az

10Sources