EN

Hər anımızı çəkib paylaşırıq: Niyə insanlar hər şeyi video ilə sübut etməyə çalışır?

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son illərdə maraqlı bir davranış formalaşıb. 

Belə ki, insanlar yaşadıqları demək olar hər hadisəni video və foto ilə “sübut etməyə” çalışırlar. Konsert, dava, yol qəzası, restoran yeməyi, hətta gündəlik adi anlar belə artıq kameraya düşmədən tam baş vermiş sayılmır. 

“Cebheinfo.az”  xəbər verir ki, sosial şəbəkələr bu vərdişi daha da gücləndirib. 

Paylaşılmayan an sanki yaşanmamış kimi qəbul olunur. Bu da insanlarda hər şeyi göstərmək ehtiyacı yaradır. Maraqlı məqam odur ki, bəzən insanlar anın içində yaşamaq əvəzinə, onu necə paylaşacaqlarını düşünürlər. 

Bu isə real hisslərin bir az arxa plana keçməsinə səbəb olur. Digər tərəfdən, video sübutu artıq sosial etimadın da bir hissəsinə çevrilib. 

Bir hadisə danışılarkən “Video var?” sualı getdikcə daha çox verilir. Beləliklə, müasir dövrdə reallıq təkcə yaşanan yox, həm də qeydə alınan “sübut”a çevrilib. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
26
cebheinfo.az

10Sources