ain.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ-a səfər edən Böyük Britaniya Kralı III Çarlzın Vaşinqtonda rəsmi qarşılanma mərasimi zamanı gözlənilməz hadisə yaşanıb.
Axar.az xəbər verir ki, bu barədə "Deyli Meyl" qəzeti məlumat yayıb.
Məlumata görə, Vaşinqtonda rəsmi qarşılanma zamanı ABŞ Prezidenti Donald Tramp protokol qaydalarını pozaraq, kralın çiyninə toxunub.
Qeyd edək ki, kral protokoluna əsasən, heç kim monarxla fiziki təmasın təşəbbüskarı ola bilməz.
"Bu hərəkət kral protokolunu pozdu. Mühüm bir bənd, yəni yazılmamış qayda odur ki, kral ailəsinə heç vaxt fiziki təmas etmək olmaz", - məlumatda qeyd edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.