EN

SƏMƏD VURĞUN HÜSEYN CAVİD VƏ ABBASMİRZƏ ŞƏRİFZADƏ İLƏ BAĞLI...

SƏMƏD VURĞUN HÜSEYN CAVİD VƏ ABBASMİRZƏ ŞƏRİFZADƏ İLƏ BAĞLI MİRCƏFƏR BAĞIROVA MÜRACİƏTİNDƏ NƏ XAHİŞ EDİRDİ? TARİXİ SƏNƏDLƏR VƏ HƏQİQƏTLƏR. 1954-cü ilin fevralında həbs olunması ərəfəsində Bağırovun Moskvaya - Partiya Nəzarət Komitəsinə geniş izahaatı var. Orada Səməd Vurğunla bağlı yazır: “Səməd Vurğunun Bakı konfransında çıxışını mən onunla izah edirəm ki, o, necə vardısa, qatı millətçi kimi elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı 1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad edib geri dönmələrinin bir yolunu tapmaq olmazmı? Ona görə ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəlmişkən, Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat Partiyasının liderlərindən idilər. Bununla bağlı biz Səməd Vurğunu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o bundan sui-istifadə etməlidir.” ( Bax: Mir Cəfər Bağırovun Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinə izahatı. 1954., Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi, f. 589, s. 3, i.7044, cild 6, v. 53-52). Professor Cəmil Həsənli.

Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad edib geri dönmələrinin bir yolunu tapmaq olmazmı?

Chosen
58
nuh.az

1Sources